Gender Şurasının ilk görüşü tanışlıq xarakteri daşıyırdı
İctimai həyatda bütün sahələrdə diskriminasiyanın yolverilməzliyi, bərabər hüquqluluq sahəsində müvafiq şəraitin yaradılması, imkanlara dəstək göstərmək, diskriminasiyanın aradan qaldırılması və həll olunması. Bu Marneuli bələdiyyəsində mövcud olan gender şurasının əsas məqsədləridir. Bu gün onlar meriyada tanışlıq xaraketri daşıyan görüş keçirdilər. Görüşdə şura üzvləri iştirak edirdilər. Gender Şurasının nümayəndəsi İa Esebua sərəncama daxil edilmiş şuraya yeni üzvlərin əlavə olunmasını nəzərdə tutan dəyişikliklər haqqında danışdı. O, həmçinin, qeyd etdi ki, gender şurasının bələdiyyədə çalışması yenilik olduğundan, onlar üçün rekomendasiyaların və qeydlərin qəbul edilməsi vacibdir. Gender Şurasının sədri Amiran Qiorqadze deyir ki, onların qərarına əsasən işçi qrupu yaradılacaq.
“Bütün inzibati ərazi vahidlərində işçi qruplarımız olacaq. Merin nümayəndələri də, majoritarlar deputatlar da bu işə qoşulacaqlar. Əgər kimsə məsləhət verərsə, ideya təklif edərsə onlara da minnətdar olarıq”.
Xalq Müdafiəçisinin Marneulidə regional nümayəndəsi Mariam Gvidani gender şurası ilə öz mandatları çərçivəsində sıx əməkdaşlıq planlaşdırırlar.
“Ümid edirəm ki, bizim tövsiyələrimizin və təcrübəmizin şuranın işlərinin məhsuldar olmasına köməyi dəyəcək. Əlbəttə, biz ayrılıqda da çalışacağıq. Misal üçün, onların işini asanlaşdırmaq üçün öz mandatımız çərçivəsində hansı istiqamətdə işləyəcəyimiz üzərində çalışacağıq”.
Gender Şurasının cəmi 12 üzvü var: Amiran Qiorqadze şuranın sədri, Mamuka Naveriani şura sədrinin müavini, İa Esebua Gender Şurasının katibi. Nona Samxaradze QHT nümayəndəsi, Larisa Gelaşvili əməkdaş, Roena Axobadze Bələdiyyə məclisinin hüquq şöbəsinin mütəxəssisi. Roman Tabatadze, Riçard Qiqani, Beso Quceciani, Nadir Quliyev – bələdiyyə məclisi deputatları. Gender Şurasının yaradılması böyük səs-küyə səbəb oldu və etnik işarə ilə şuranın balanslaşdırılmasını tələb edirdilər. Nəticədə şuraya Səbinə Talıbova, Turac İbrahimova və Nadir Quliyev əlavə olundular. Anonsa əsasən iştirak etmək sərbəst idi, ancaq birinci iclasda ombudsmanın regional nümayəndəsi iştirak edirdi.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments