Gender Şurasının üzvlərinə gender istiqamətində iş görüşləri lazımdır

genderi

Meriyada gender şurasının nümayəndələri üçün iş görüşməsinin keçirilməsi planlaşdırılır. Gender Şurasının katibi İa Esebua düşünür ki, üzvlərin gender istiqamətində təcrübəsinin olmamasından dolayı onlar üçün iş görüşməsini yerli QHT nümayəndələri Nona Samxaradze və Səbinə Talıbova keçirəcəklər.

“Bu insanlar bələdiyyə məclisinin üzvləridirlər. Gender mütəxəssisləri deyillər. Ola bilsin az-çox gender məslələrinə bələddirlər, ancaq  real olaraq bizdən daha çox təcrübəsi olan qeyri hökumət təşkilatları öz təcrübələrini bizlərlə bölüşsə çox yaxşı olar. Ona görə də treninq adlandırmadıq, bu bizim bələdiyyəyə uyğunlaşdırılmış, hansı icmada vəziyyətin necə olduğu, hansı ehtiyacı olması barədə iş görüşü olacaq”.

İş görüşməsinin keçirilməsi vaxtı konkret olaraq hələ müəyyən edilməyib, Ancaq İa Esebuanın dediyinə görə o, yaxın gələcəkdə baş tutacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register