Marneulinin küçələri Google-nin xəritəsində tapılmır

kuce2

Marneulinin ara küçələrinin əksəriyyətində küçələrin adı yazılmış lövhələri görmək olmur. Bəs sakinlər gedəcəyi ərazini necə tapirlar ? Əksəriyyət gedəcəyi ərazini küçə adi ilə deyil, o ərazidə yerləşən hər-hansı işarələrlə tapırlar.

Sakinlər arasında onların hansı ünvanda yaşaması və hal-hazırda hansı küçədə olduqlarını bilib-bilmədikləri barədə sorğu keçirdik.

Əhalinin əksəriyyəti bu məsələ ilə ən çox problemi təcili tibbi yardım maşınını çağıranda yaşayırlar. Təcili tibbi yardım maşınları çox vaxt lazım olan ünvanı tapa bilmirlər.

Marneulidə turizm inkişaf etməkdədi. Şəhərimizə gələn turistlər gedəcəyi ərazini necə tapmalı ? “Google Map” elektron xəritəsində Marneuli şəhərinin ünvanlarını axtarışa verdik.

Burda da əksər ünvanları tapmaq mümkün olmadı. Marneuli radiosunun internet səhfəsində “Google Map” elektron xəritəsinə ünvanı əlavə etmət üçün təlimatla tanış ola bilərsiz.

Marneuli Radiosu meriyanın turizm baxımından və “google map”ın aplikasiyasında yüklənmiş, ümumiyyətlə konkret istiqamətlərinin olub olmaması ilə maraqlandı. Bununla insanların istədikləri yerə asan şəkildə gedib çıxa bilmək imkanı olur.

Bundan əlavə meriyanın etməyə hazırlaşdığı turizm köşəsinin hansı öhdəliyinin olacağı ilə də maraqlandıq. Bunun üçün bələdiyyənin mədəniyyət xidmətinin nümayəndəsi Elquca Kupatatdze ilə söhbət etdik. O, telefon müsahibəsindən çəkindi və ondan müsahibəni nəyə görə istədiyimizi izah etməyə belə imkan vermədi. Müsahibə üçün meriyaya getməyimizi istədi.

Meriyaya getdikdə məlum oldu ki, faktiki olaraq boşuna getmişik. Çünki o, müsahibə üçün hələ icazə almalı imiş, daha doğrusu başqası ilə razılaşmalı imiş. Ona görə də yalnız onu dedi ki, küçələrin nömrələnməsi və yazıların vurlması onların səlahiyyətinə daxil deyil.

Turizm zonasına gəldikdə isə müsahibə üçün hələ hazırlıq prosesindədirlər. Marneulinin İqtisadi İnkişaf, Planlaşdırma və Statistika şöbəsinin rəhbəri Davit Xarşiladze deyir ki, yazılar yalnız əsas küçələrə vurulacaq. Başqa küçələrə isə vurmağı planlaşdırmırlar.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register