Çoxuşaqlı ailələrə status veriləcək və onlar  sosial yardım alacaqlar

news

Çoxuşaqlı ailələrə status veriləcək və onlar sosial yardım  alacaqlar. Bu gün, Parlamentin səhiyyə və sosial məsələlər üzrə komitəsi çoxuşaqlı valideyn  statusu haqqında qanunlayihənin təşəbbüs məsələsini müzakirə edəcək. Layihənin müəllifləri Dimitri Xundadze və Akaki Zoidzedir.

Xundadzenin bəyənatına görə, qanunlayihənin işlənilməsi səbəbi dövlət tərəfindən çoxuşaqlı valideyn statusunun müəyyən edilməsi və çoxuşaqlı ailələrə dəstək olmaqdır.

Dövlət büdcəsindən çoxuşaqlı ailələrin elektrik enerjisi subsidləşdirilməsi maliyyələşdiriləcək: 4 uşağı olan ailə hər ay 20 lari alacaq, beş və ya daha çox uşağı olan ailə 5-ci və növbəti uşağa – əlavə 10-10 lari alacaq. Saqstatın məlumatına görə, (2014-cü ilin ümumi siyahıya alınması nəticələri) 12369 təsərrüfat var və qeyd olunan ailələrdə 4 və ya daha çox yetkinlik yaşına çatmış şəxs yaşayır. Ümumi maddi nəticə gəlir şəklində illik təqribən 3489 000 larini təşkil edəcək.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register