Meriya asiya böcəyi ilə mübarizə üçün əhaliyə məlumat çatdırmağa məcburdur

aziuri-farosanaa

Asiya böcəyi ilə mübarizə aparmağın növbəti tədbirlərinin keçirilməsi Marneulidə də planlaşdırılır. Asiya böcəyi adı ilə məşhur olan həşərat keçən il xüsusən Qərbi Gürcüstana zərər vurdu. Həşəratın yayılması təhlükəsi Şərqi Gürcüstanda da var və ona görə də hökumət komissiyası yaradılıb. Komissiyaya Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri rəhbərlik edir.

Hökumət komissiyasının bir neçə iclası artıq keçirilib və bir sıra tədbirlər planlaşdırılıb. Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirliyinin Kvemo Kartli regional idarəçiliyinin rəhbəri Geronti Sivsivadze deyri ki, bu il Asiya böcəyi ilə mübarizə üçün 50 milyona qədər lari ayrılıb. Yavaş-yavaş hava temperaturunun isinməsi ilə birgə həşərat da çıxmağa başlayır.

Ona görə də Sivsivadze deyir ki, əhali hazırlaşmalıdır. Bunun üçün aktiv şəkildə məlumatlandırma görüşləri keçiriləcək. Həşərtı gördükləri halda isə mütləq reaksiya göstərilməlidir.

“Səhiyyə nazirliyi tapşırıq verib ki, əhaliyə məlumat bukletləri paylansın. Ailə şəraitində və ya necə bacarırlarsa Asiya böcəyi ilə mübarizə aparsınlar. Əgər böcək gösrəslər və Asiya böcəyi olub olmamasını bilməsələr yerli hakimiyyətə və ya xidmətlərə xəbər versinlər. Xüsusi lentlər var və onu yapışdırırlar. Əgər lentə çox sayda böcək toplaşsa ərzaq mühafizəsi xidməti o ərazidə təmizləmə işləri aparacaq”.

Geronti Sivsivadze deyir ki, asiya böcəyi ilə bağlı məlumat xarakterli görüş Marneulinin meriyasında artıq keçirilib. Ona görə də onlara da məlumat yaymaq öhdəliyi düşür. Tədbirlərin keçirilməsi yaxın gələcəkdə başlayacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register