Meriyanın ictimai nəqliyyatın dayanacaqda saxlanmasına dair işlənmiş planı yoxdur

ictimi neqliyyat 2

Tifilisin meri Kaxa Kaladze fəaliyyətə başladığı gündən şəhərin problemlərini həll etməyə çalışır. Son zamanlarda o, Tflisdə tıxacların qarşısını almaq üçün ictimai nəqliyyatın dayanacaqlardan kənarda saxlamaması üçün bir sıra adımlar atır.

Paytax Tiflisdən 45 km məsafədə yerləşən Marneuli şəhərində də bu problem yaşanır. Burada fəaliyyət göstərən ictimai nəqliyyatlar necə gəldi işləyirlər.

Nəqliyyatı harda istədilər orda saxlayırlar, sərnişinləri mindirib düşürürlər. Dayanacaqlar olsada nəqliyyatı həmin ərazidə saxlamırlar. Bu isə digər sürücüləri narahat edir və onların hərəkətinə mane olurlar.

Marneuli sakinləridə bu problemin yaşanmasında az rol oynamırlar. Belə ki, onlar dayanacaqdan kənarda dayanaraq ictimai nəqliyyatın onların durduqları ərazidə saxlamalarını tələb edirlər. Lakin sakinlər həm də ictimai nəqliyyatın dayanacaqlarda saxlaması tərəfdarıdırlar.

Marneuli meriyasından bildirirlər ki, hal-hazırda nəqliyyatın dayanacaqda saxlamasına dair işlənmiş planları yoxdur. Ancaq indi meriyada prioritet ictimai nəqliyyatın iş saatlarının artırılmasıdır.

ictimi neqliyyat ictimi neqliyyat 1

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register