Dayanacaqdan başqa yerdə saxlayan mikroavtobus sürücüləri ilk dəfədə 100 lari, təkrar olunduğu halda isə 300 lari dəyərində məbləğlə cərimələnəcəklər
Sərnişinlərə dayanacaqdan başqa yerdə saxlayan marşrut taksi sürücüləri ilk dəfədə 100 lari, təkrar olunduğu halda isə 300 lari dəyərində məbləğlə cərimələnəcəklər. Bu haqda İPN-ə Tbilisi meriyasının şəhər nəqliyyat xidmətindən bildiriblər.
Şəhər nəqliyyat xidmətindən bildirirlər ki, 1 martdan qüvvəyə minən qaydaya əsasən 14 küçədə ikinci gündür ki, xüsusi qruplar monitorinq həyata keçirirlər. Onlar sərnişinlərə yenilik haqda məlumat verir və marşrut taksi sürücülərinə cərimə haqqında xəbərdarlıq edirlər.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments