Bakı şəhərində yanğın zamanı ölənlərin sayı 25 çatdı
Bakı şəhərinin Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində yanğın baş verib.
2018-ci il mart ayının 2-si, saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.
Xilas etmə tədbirləri nəticəsində korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan üçü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 09:13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.
İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.
Fakt üzrə Azərbaycan Baş Prokurorluq tərəfindən cinayət işi başladılıb.
Amil Məmmədov2286 Posts
0 Comments