Geocell də Magti kimi dövlət məmurları üçün interneti 3-dəfə bahalaşdırıb
Geocell də Magti kimi dövlət müəssisəsi əməkdaşlarına 5 lariyə 15 GB əvəzinə 5 GB satır. Bahalanmış tariflərdən abonentlər martın birindən istfadə edirlər. Məhz həmin tarixdən Magti Geocell və Beeline-la birgə dövlət kommunikasiya xidmətinin tenderində qalib olub.
İndiki mərhələdə Beeline-nın dövlət məmurlarına hansı internet tariflərini təklif etdiyi məlum deyil.
Həmin xidmətə dair tender 31 yanvarda elan olundu, ancaq onda yalnız Beeline iştirak edirdi. Məhz bu səbəbdən Alqı-satqı üzrə tender komissiyası hesab edir ki, yalnız beeline-nin qalib olması ilə “ciddi” risklər yarana bilərdi. Dövlət tender komissiyasının bildirdiyinə görə, bitməz və maneəsiz ünsiyyət xidməti önəmli və məqsədyünlüdür. Bunun üçün başqa altenrativ kompaniyaların olması da vacibdir.
Mənbə: On.ge
marneulifm1106 Posts
0 Comments