Marneulidə ekstern imtahanlar üçün 179 vətəndaş qeydiyyatdan keçib

exsterni

Marneulidə eksternat imtahanları üçün 179 vətəndaş qeydiyyatdan keçib. Marneuli Resurs Mərkəzinin direktoru Kənan Omarov deyir ki, mərkəzdə indiki və məktəbi artıq bitirmiş şagirdlər də qeydiyyatdan keçib. Sonrakı mərhələ isə məktəb direktorlarından asılı olacaq. Məhz onlar komissiya üzvlərini toplayacaqlar və bu nizamnamə ilə nəzərdə tutulub.

“Məktəb direktorlarına bağlıdır. Əlbəttə komissiya və sədr olacaq. Hər fənn müəllimlərindən biri komissiya üzvü olacaq. Bizdə monitorinq edə bilərik ki, komissiya necə müşahidə edir və proses necə gedir”.

Ketevan Merabişvili Marneuli 1 saylı ictimai məktəbinin direktorudur. O, deyir ki, onların məktəbində imtahanlar üçün dörd nəfər qeydiyyatdan keçib. İmtahan məsələlərini müəllimlər tərtib edəcək və Merabişvili qeyd edir ki, imtahanlar obyektiv keçəcək.

“Bu imtahan, testləşdirmə obyektiv şəkildə olacaq. Keçdikləri fənnlər haqqındadır. Konvertdə bağlı olacaq və uşaqların gözü qarşısında açılıb onlara təqdim olunacaq. Sonra yazacaqlar”.

Eksternat formasında imtahanlar 15 martdan 25 marta qədər olan dövrdə keçiriləcək. İmtahanda müəyyən səbəbdən təhsildən uzaq düşən və tam təhsili təsdiqləyən sənədləri olmayan şəxslərin, eləcə də məktəbdə oxuyan şəxslərin iştirak etmək hüququ var. Ancaq onların yaşı qanunvericiliklə müəyyən edilmiş minimal yaş həddini aşır və eksternat imtahanı verməklə bağlı istəklərini bildirirlər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register