Ceyhun Çovdarov ilk dəfə bələdiyyə məclisinin iclasına gedib

chovdarovi-1

2 mart tarixində Ceyhun Çovdarov ilk dəfə bələdiyyə məclisinin iclasına gedib. O, “Gürcü arzusu”nun Qızılhacılıda majoritar deputatıdır. Sağlamlıqla bağlı problemlərə görə Marneulinin altıncı çağırış bələdiyyə iclaslarında bu günə qədər iştirak etməyib. Bələdiyyə sədri Amiran Qiorqadze Çovdarova işlərə daha aktiv qoşulmağı arzulayıb.

Xatırladaq ki, 19 oktyabr tarixində Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində “Gürcü arzusu”nun qərargahına naməlum şəxslər hücum edərək atəş açmışdılar. Nəticədə isə beş nəfər zərər çəkmişdi. Beş nəfər arasında ən ağır zədəni Ceyhun Çovdarov almışdı.

Ceyhun Çovdarov 2017-ci ildə yerli özünüidarəetmə seçkilərində iştirakı nəticəsində MSK-nın göstəricilərinə əsasən 78,34%, 967 seçicinin səsini toplayıb.

“Marneuli” Radiosu

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register