Marneulidə kiçik sahibkarları yeni vergi təşəbbüsü ilə tanış ediblər

iniciativa

2 mart tarixində Marneuli meriyasında kiçik sahibkarlarla yeni vergi təşəbbüsünün tanışlığı məqsədi ilə görüş keçirilib. Təşəbbüsü Gürcüstan Maliyyə nazirliyi yeni reforma dalğası çərçivəsində işləyib və Gürcüstanda kiçik sahibkarların həvəsləndirilməsi üçün nəzərə alınıb. Həmçinin, güzəştli vergi rejiminin qəbul edilməsini də nəzərdə tutur.

Yeni vergi təşəbbüsünü Marneulidə yerli sahibkarlara Maliyyə nazirinin müavini, Laşa Xutsişvili təqdim edib və qeyd edib ki, yeni güzəştli vergi rejimi 120,000-ə qədər fiziki şəxsə aiddir.

Yeni təşəbbüsə müvafiq olaraq, il ərzində birgə gəliri bugünə qədər olan 100,000 larinin əvəzinə 500,000 lariyə qədər olan sahibkarlara kiçik biznes statusu veriləcək.

Görüşdə Marneulinin meri Temur Abazov da iştirak edirdi. O, hökumət tərəfindən işlənmiş təşəbbüsü kiçik sahibkarlar üçün vacib olaraq dəyərləndirdi.

Yeni vergi təşəbbüsü bir tərəfdən kiçik sahibkarlar üçün minimal vergi yükünü təyin edir (1%), digər tərəfdən isə sahibkarlar üçün asanlaşdırılmış vergi vasitəsilə vergi inzibati xərclərinin minimuma qədər azalmasını təmin edir. Qeyd oluna reforma nəticəsində ümumi daxili layihədə önəmli dərəcədə kiçik biznesin hissəsi artacaq.

“Marneuli” Radiosu

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register