Ümumi səhiyyə mərkəzi üçün meriya 11 500 lari dəyərində icarə ödəyəcək

sakrebulo-6

 

Marneuli meriyasında növbəti bələdiyyə məclisi iclası keçirilib. Bələdiyyə məclisinin sədri Amiran Qiorqadze gün qrafiki ilə nəzərdə tutulmuş 12 məsələni təqdim edib və deputatlar yekdilliklə dəstəkləyiblər.

Görüşdə əsasən məktublar ümzakirə olunub. Məsələlərdən biri isə 2018-ci ilin büdcəsinə daxil edilmiş dəyişikliklərə aid idi. Məsələ Marneulidəki Xəstəliklərin Kontrolu və İctimai Səhiyyə Mərkəzinə illik icarə olaraq 11 500 larinin ayrılmasıdır. Marneuli Meriyasının maliyyə-büdcə xidmətinin rəhbəri Vüqar Məmmədovun dediyinə görə, qeyd olunan səhiyyə mərkəzi Marneulidə özəl obyektdə yerləşir. İndiyə kimi icarə ödəmirmişlər, ancaq yeni rəhbər məbləğin ödənməsini tələb edib və meria illik 11 500 lari ödəyəcək.

Qərara razılıqlarını deputatlar əl qaldırmaqla bildiriblər.

“Marneuli” Radiosu

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register