12 minə qədər avto nəqliyyat vasitəsinin 32%-i texniki baxışdan keçməyib
Təqribən 12 minə qədər avto nəqliyyat vasitəsindən 32%-i ilk dəfədən texniki baxışdan keçməyib. Buna görə onlara əlavə bir aylıq müddət verilib, – bu haqda İqtisadiyyat nazirinin müavini Giorgi Çerkezişvili jurnalistlərə bildirib.
Onun qeyd etdiyinə görə, məcburi texniki baxışın qüvvəyə minməsindən sonra müvafiq mərkəzlərə 12 minə qədər nəqliyyat vasitəsi sahibləri müraciət edib. Daha konkret, 2018-ci ilin 1 yanvarından 28 fevral da daxil olmaqla 11 457 nəqliyyat vasitəsi texniki baxışdan keçib. 2 935 nəqliyyat vasitəsi yararsız hesab olunub və bir aylıq müddət verilib. Yoxlayışdan keçmiş 11 457 nəqliyyat vasitəsindən 2 405 hüquqi şəxsin istifadəsindədir.
“Təqribən 12 minə qədər avtomobillərin 30-32%-i texniki baxışdan keçmədi. Onlara bir ay müddət verildi. Vacibdir ki, reforma davam edir. 1 iyuldan bu qrupa yeni kateqoriya əlavə olunacaq. Orada avtomobillər kvotalara əsasən bölünəcək. Gözləyirik ki, müəyyən müsbət nəticələrimiz olacaq”, – bildirib Giorgi Çerkezişvili.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments