Vahid Milli İmtahanlara qeydiyyat başladı
Vahid Milli İmtahanların, Tələbələr üçün qrant müsabiqəsi, ümumi magistr imtahanları və müəllimlər üçün fənn üzrə imtahanlara qeydiyyat 5 mart tarixindən 30 mart saat 18:00-a qədər davam edəcək. Applikantlar elektron qeydiyyatdan Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin veb-shəifəsində (www.naec.gov.ge და online.naec.ge) keçə bilərlər. Abituriyentlərin qeydiyyat prosesi bu il də bir neçə mərhələ olaraq keçiriləcək: Abituriyentin şəxsi məlumatının daxil edilməsi, imtahan şəhəri və imtahan verilməli olan fənnin seçilməsi birinci mərhələdə həyata keçirilə bilinəcək. 30 mart tarixindən sonra abituriyent imtahan şəbəkəsini dəyişə bilməz. Amma 15 may saat 18:00-a qədər imtahan əlavə etmək və ya fənni dəyişmək mümkündür. Applikantın tədris proqramları siyahısında dəyişiklik etmək imkanı isə nəticələr yayımlanana qədər olacaq.
Qeydiyyat
Milli İmtahanların əsas yenilikləri 2018:
- Cari ildə applikantlara imkan verilir ki, istədikləri halda, şəxsi gelli (tuş) qələmlərini imtahana aparsınlar;
- Abituriyentlər proqramlara müraciətlərin sayı haqqında məlumatla xüsusi sistem vasitəsi ilə tanış ola biləcəklər – qeydiyyat başlayandan səhifə qüvvəyə minəcək və konkret proqramlar haqqında müraciətlərin sayı haqqında gündəlik yeni məlumatlar orada yerləşdiriləcək.
- Seçim fənnləri üzrə imtahan yalnız gürcü dilində keçiriləcək – abituriyentlər seçim imtahanlarında testləşdirmədən rus dilində keçə bilməyəcəklər.
- 2018-ci il vahid milli imtahanlar üçün ümumi bacarıqların test forması biraz fərqli olacaq. Testdə analogiyalar müstəqil blog şəklində deyil, oxunmuş mətnin düşünülməsi tapşırıqları blogu ilə birgə təqdim olunacaq. Oxunmuş mətnin düşünülməsi tapşrıqıları ilə birgə analogiyalar üzərində çalışmaq abituriyentlərə onların bacarıqlarını daha yaxşı göstərmək imkanı verəcək.
Tələbələrin qrant müsabiqəsi haqqında məlumat.
İştirakçılar imtahan vərəqəsinin elektron versiyasını şəxsi səhifələrindən (applikantların qeydiyyat keçdiyi səhifə) çap edə biləcəklər. Vacibdir ki, vərəqədə verilmiş bütün məlumatlar səhvsiz (qaralanma, ləkələr və.s.olmadan) olsun.
Tələbələrin qrant müsabiqəsi və vahid milli imtahanlarda iştirak etməsinin dəyəri (bir imtahan üçün) 10 laridir. Təcürbəçi müəllimlər üçün qeydiyyat pulsuzdur. Müəllimlik istəyi olan applikant və magistrant nümizədlər üçün qeydiyyat dəyəri 50 laridir.
Ümumi magistr proqramı və tələbələrin qrant müsabiqəsi üçün testləşdirmə gürcü dilində keçirilir. Müəllimlər fənn imtahanını gürcü, rus, erməni və azərbaycan dilində verə bilərlər (I-IV sinifdən başqa).
Mənbə: naec.ge
Amil Məmmədov2286 Posts
0 Comments