Ailə çirklənmiş arx suyundan uşaqların çimməsi üçün istifadə edir

İzahat Məmmədov Sayat Nova küçəsində yaşayır. Onu bildirdiyinə görə bu ərazidə məişət tulantıları anti-sanitar vəziyyət yaradıb. Məmmədovun dediyinə görə, ərazidə zibil qutuları olmadığından sakinlər məişət tulantılarını bu əraziyə, eyni zamanda ərazidən keçən Qara arx adlanan su kanalına atırlar. Xüsusən yay aylarında ərazidə pis qoxu olduğundan vəziyyət dahada ağırlaşır.
Ərazidə yaşayan sakinləridə bu məsələ narahat edir. Sakinlərin birinin dediyinə görə o, hətta Qara arxın suyundan məişətdə işlərində işlətmək məcburiyyətindədi.
“Marneuli” radiosu olaraq Bələdiyyənin piar xidməti ilə əlaqə saxlayıb məsələyə münasibətlərini öyrənməyə çalışdıq. Görünür onlar məşqul olduqlarından bizə geri dönmədilər.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments