Yor-Muğanlı kəndində aksiya – şagirdlər gürcü dili müəlliminin məktəbdən azad olunmasına etiraz ediblər

აქცია-678x381

Yor-Muğanlı ictimai məktəbinin şagirdləri gürcü dili və ədəbiyyatı müəlliminin işdən azad olunmasına etiraz ediblər.

Bu gün səhərdən dördüncü və on ikinci sinifin 21 nəfər şagirdi dərslərdə iştirak etməyib. Valideynlər də toplaşıb.

Onların sözlərinə görə, pedaqoq Tea Qurqenidze onu yetirmələri döyməkdə və cəza verməkdə günahlandıran rayonun resurs mərkəzinin rəhbərinə qarşı çıxır.

Aksiya iştirakçıları günahlandırmanı əsassız hesab edirlər və Qurqenidzenin yenidən işə qaytarılsını tələb edirlər.

“Yeganə yüksək səviyyəli müəllimdir ki, Yor-Muğanlıya gəlir və gürcü dilini tədris edir. Belə yüksək səviyyəli müəllimi işdən azad edirsənsə hesab etməlisən ki, gürcü sektoru dayandırılıb.

Səbəb şagirdlərə cəza verilməsidir. Dissiplin komissiyasının üzvləri ilə danışdıq, amma onlar bunu inkar edir və deyirlər ki, nə döymək nə də cəzaladırmaq olmayıb. Müəllimin azad olunmasına dair səs vermə də olmayıb”, – bildirir valideyn Mehriban Kazımov.

Şagirdlər müəllim məktəbə qaytaılmadığı halda onunla dərslərə çadırda davam edəcəklərini bildiriblər.

Mənbə: Rustavi 2

http://rustavi2.ge/ka/news/98290

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register