Bazar ərazisində avtomobillərin hərəkəti birtərəfli ola bilər

Marneuli bazarına gedən Sulxan Saba Orbenyanı və Ağamaşbeli küçələrinin tək tərəfli olması qərarı alınıb. Bu haqda “Marneuli” Radiosuna bazar ərazisində fəaliyyət göstərən sahibkarlar bildirdilər. Onu qeyd edək ki, bu ərazidə çox zaman sıxlıq və tıxac yaranır. Ticarət obyektlərin sahibləri bu qərarın onların ticarət fəaliyyətinə təsir göstərəcəyini bidirirlər.
Sakinlər arasında yolun tək tərfli olması barədədə sorğu keçirdik. Onlar bildirdilər ki, yolun tək tərəfli olması müsbət haldı.
“Marneuli” radiosu olaraq Bələdiyyənin piar xidməti ilə əlaqə saxlayıb məsələyə münasibətlərini öyrənməyə çalışdıq. Görünür onlar məşqul olduqlarından bizə geri dönmədilər.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments