16 və 17 sentyabrda anadan olmuş uşaqlar da birinci sinifə daxil ola biləcəklər

pirvelklaselebi

Nini demək olar ki, bir ildir məktəbə gedir. Anasının dediyinə görə, uşaq proqramla nəzərdə tutulmuş materialları yaxşı mənimsəyir. O, qeyd edir ki, övladının belə nəticəsi uşaq bağçasında öyrəndiyi bilgilər əsasında olub.

Məktəbə 6 yaşında daxil olub. Bir neçə gün müddətə görə, bir il gözləməli olub. Ancaq Nininin anası düşünür ki, bir iki günə görə uşağını məktəbə qeydiyyat etdirə bilməyən valideynlər üçün bu çox pisdir. Faktiki olaraq uşaqlar bir illərini itirirlər.

“Uşaqlar o qədər oxuyurlar ki, məktəbdə elə bil mərhələ ilə sinif keçibsən. Düşünürdüm ki, çətinlik çəkəcək. Amma indiki mərhələdə çox   razıyam. Bir il də getməsə düşünürəm lap çətinlik çəkərdi”.

“2018-2019-cu tədris ilində 16-17 sentyabr tarixlərində anadan olmuş uşaqlar da  birinci sinifə daxil ola biləcəklər” – qeyd olunan məlumat EDU.ARIS.GE-də yayımlanıb.

Yeni tədris ilinin başlanması daim 15 sentyabr tarixində olur, ancaq bu il 15 sentyabr iş günü deyil və ona görə də tədris 17 sentyabrda başlayacaq. Bu səbəbdən Təhsil və Elm nazirliyindən bildirirlər ki, 6 yaşı 16-17 sentyabrda tamam olan uşaqlar birinci siniflərin bazasında qeydiyyatdan keçə biləcəklər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register