Meriya bazar ərazisində avtomobillərin hərəkətinin birtərəfli olmasını planlaşdırmır

bazar

Marneuli bazarına gedən Sulxan Saba Orbenyanı və Ağamaşbeli  küçələrinin tək tərəfli olması haqqında ötən günü xəbər hazırladıq. Sahibkarların verdiyi məlumatda həmin yolların bir tərəfli olacağı deyilirdi.

Sahibkarlar isə bu qərardan narazı olduqlarını bildirdilər. Məsələyə aydınlıq gətirmək üçün ötən gün Marneuli bələdiyyəsinin piar xidməti ilə əlaqə saxladıq. Onlar bizə bildirdilər ki, biz sizə özümüz zəng edəcik. Lakin onlar bizə zəng etmədilər.

Biz məsələyə yenidən qayıtmalı olduq və bələdiyyənin piar xidmətinə yenidən müraciət etdik. Bizə bildirdilər ki, bu haqqda onların məlumatı yoxdur.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register