Kənd müəllimləri üçün müəyyən olunan internet tariflərinin bahalaşdırılması onların ailələrinə internetin əlçatanlığını məhdudlaşdırır

Nihat Məmmədovun 16 yaşı var. O, 11-ci sinifdə oxuyur. Bu il Nihat iyun ayında atestat imtahanı verəcək və buna görədə o imtahanlara hazırlaşır. Nihat Məmmədov imtahanlara və təhsili üçün internet vasitəsi ilə elektron dərsliklərdən istifadə edir. Onun sözlərinə görə Nihatın anası Kürtlər məktəbində müəllimə işləyir. Hökümət tərəfində müəllimlərə korporativ telefon nömrələri veriblər və Nihatda o nömrədən istifadə edib. Həmin nömrələrdə internetin tarifləri ucuz olduğundan onun üçün sərfəli olduğunu deyir.
1 mart taxindən korporativ nömrələrin tariflərində dəyişiklik baş verdi və onların qiymətlərində artım oldu. Marneuli bələdiyyəsi bəzi bölgələrə kabel vasitəsi ilə internet xətləri çəkərək istifadəyə verib. Amma Nihatın kəndində yoxdur. Onlar evlərinə internet çəkdirmək üçün internet antenası qoydurmalıdır bu isə 180-235 lari civarında dəyişir.
Gürcüstan hökuməti layihə təsdiqləyib. Layihə internetlə təmin olunmanı nəzərdə tutur. İqtisadiyyat nazirliyinin planına əsasən isə 2020-ci il üçün əhalinin 90%-nin ən az 15 MB-lik interneti olmalıdır. Ümumi internetlə təmin edilmə haqqında hökumət proqramının təsdiqləndiyindən sonra layihə necə davam edir məlum deyil.
Qeyd etmək lazımdır ki, Marneuli bələdiyyəsinə bir neçə kampaniya xidmət göstərir. Onlar müxtəlif internet paketləri təklif edirlər. Ancaq Marneulidə imkanların az olmasından dolayı kəndlərdə əhali xidmətdən istifadədə çətinlik çəkir.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments