Artıq 4 gündür ki, Mağalaşvili körpüsündə düşmüş şüşəni müvafiq xidmətlər götürməyib

korpu

Mağalaşvili adına olan körpünün şüşə paneli çərçivəsinən çıxaraq arxaya söykədilib. 2 Martda hazırladığımız xəbərdə bu haqda məlumat vermişdik.

korpu

Belə ki, o ərazidə şüşə panel sadəcə olaraq arxaya söykədilib. Körpünün altından gündə onlarla insanın, xüsusən əraziyə yaxın olan məktəbin şagirdlərinin hərəkət etdiyini nəzərə alsaq yaşana biləcək bədbəxt hadisədən onların sığortalanmadığını aydın görə bilərik. “Marenuli” radiosu olaraq meryanın piar xidmətinə zəng vurub bu haqda məlumat vermişdik. Onlar əraziyə getmək üçün briqadaya xəbər verəcəklərini bildirmişdilər.

korpu1

6 Mart tarixində apardığımız müşahidəyə əsasən hadisə təhlükəli olaraq qalır. Ağır tonajlı maşınların hərəkəti və hava küləkli olan zaman söykədilmiş şüşə panelin yanındaki digər paneldə əsməyə başlayır.

Körpünün altından hərəkət edən sakinlər vəziyyətin təhlükəli olduğunu və panelin düzəldilməli olduğunu bildirdilər.

“Marneuli” radiosu olaraq Bələdiyyənin piar xidməti ilə əlaqə saxlayıb məsələyə münasibətlərini öyrənməyə çalışdıq. Ənənəvi onlarq onlar məşquldular və bizə geri dönmədilər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register