9-10 mart tarixlərində Gürcüstanda güclü külək gözlənilir
Günün ikinci yarısından etibarən 9 mart tarixində Gürcüstanda qərb istiqamətində güclü külək əsəcəyi gözlənilir. 10 mart tarixində axşam saatlarında isə küləyin sürəti dahada artacaq. Bu haqqda məlumatı Milli Ətraf Mühit Agentliyi verib .
Onların sözlərinə görə, martın 8-dən 10-dək Gürcüstanda yağış yağacaq, yüksək dağlıq ərazilərdə və dağlıq zonalarda isə qar yağacaq, dənizdə isə 4-5 bal gücündə fırtına olacağı gözlənilir.
Tiflisə gəldikdə isə, Netgazeti agentliyinə bildiriblər ki, 9-10 mart tarixlərində külək güclənəcək, lakin verilən məlumata görə, qasırğa üçün təhlükə yoxdur.
Mənbə: netgazeti.ge
Amil Məmmədov2286 Posts
0 Comments