“Donuz qripi” qorxulu fəsadlar törədə bilər

analiz_krovi

Donuz qripi (SIV) – Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, virus “donuz qripi” adlansa da, əslində, müxtəlif H1N1 viruslarının qarışığından yaranıb – donuz qripi, quş qripi və insan qripi.

Bu üzdən viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək və asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir.

“Donuz qripi”nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.

Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.

“Donuz qripi”nin texniki adı belə qəbul olunub: A/H1/N1. “A” tipli qrip virusun nәfәs yolu ilә yoluxması nәticәsindә ortaya çıxır vә bu xәstәlik sürәtlә yayıla bilir.

“Donuz gripi” donuzlarda bütün il boyu özünü biruzә verә bilәr.

Xəstəliyə yoluxanlar özlərini əzgin, yorğun hiss edirlər, boğazları qaşınır, əzələləri ağrıyır, quru öskürək müşahidə olunur. Amma “quş qripi”ndən azacıq fərqi odur ki, bu qripə yoluxanlarda ürəkbulanma və diareya halları sıx-sıx müşahidə olunmur.

“Donuz qripi”nə qarşı hələlik heç bir peyvənd yoxdur. İndi Dünya Sağlamlıq Təşkilatı bu peyvəndi hazırlamaqla məşğuldur. Amma qriplə bağlı önəmli bir xəbər də ondan ibarətdir ki, “quş qripi”nə qarşı təsirli olan Tamiflu və Relenza kimi dərmanlar “donuz qripi”nə yoluxanlara da müsbət təsir edir. Vaxtında müalicəyə başlayanda, xəstəni sağaltmaq mümkündür.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register