Aşağı Saral sakinləri zibil, su, yol kimi problemlərdən şikayətlənirlər

saral5

Hüseynov Ərşad Aşağı Saral kəndinin sakinidir. O, yaşadığı kənddə içməli su problemi olduğunu bildirdi. Ərşadın dediyinə görə, bu yaxınlarda kənddə yeni su boruları çəkilsə də icməli su verilmir. Hüseynov onu da qeyd edir ki, həyətinə su çəkmək üçün təxminən 200 lari xərc çəkib, lakin su hələ də yoxdur. Su gəlmədiyindən onlar məişət işlərində arxın kirli suyundan istifadə edirlər.

saral12

Ərşadın evində olduğumuz zaman anası həyətdə çadırdan qurulmuş, taxta qapılı, kustar üsülnan hazırlanmış hamamda cimirdi.

saral6

Aşağı Saral kəndinin digər sakinləri də su borularının çəkildiyini, lakin suyun gəlmədiyini təsdiqlədilər. Onların sözlərinə görə su cəkilən zaman sakinlərin qarşısına şərt qoyulub ki, hər kəs su cəkəndən sonra kəndə su veriləcək.

saral8

İçməli su ehtiyaclarını isə sakinlər kəndin yeganə bulağından qarşılayırlar. Söhbət etdiyimiz insanlardan bəziləri 4-5 km məsafədən su daşıdıqlarını dedilər. Kəndin sakinlərinin məişətdə suyundan istfadə etdikləri arxın niyə cirkli olduğunu araşdırmağa çalışdıq. Məlum oldu ki, kənddə məişət tulantıları üçün qutular yoxdur, sakinlərsə tulantıları arxa və kəndin içindən keçən dəmir yolunun kənarına atırlar.

saral11

Sakinlərin dediyinə görə kənddə yol problemi də var. Kəndin ara küçələrində asfalt örtüyü yoxdur. Yağışlı hava şəraitində bu yollar keçilməz olur. Onlar bildirilər ki, yaxşı vəziyyətdə olan yolları isə su boruları çəkilən zaman dağıdıblar.

saral5

Marneuli radiosu olaraq aidiyyatı qurumlarla əlqə saxladıq. Bizdə olan məlumata görə, Marneuli Bələdiyyəsinin 13 kəndi “Kənd-Su” MMC-nin tərkibində keçəcək. Bu ərazinin “Kənd-Su” MMC-nin tərkibinə qatilib-qatılmayacağı barədə onlar bizə şərh verməkdə çətinlik çəkdilər.

“Təmiz Marneuli “ MMC-nin rəhbəri Leri Mumladze isə məlumat verdi ki, həmin əraziyə məişət tulantıları üçün qutuların qoyulması planlaşdırılır. Lakin dəqiq vaxtı ona məlum deyil.

Marneuli Bələdiyyəsinin məlumatında isə deyilir ki, kəndin daxili yollarına asfalt örtüyünün çəkilməsi bu il planlaşdırılmır.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register