8 mart beynalxalq qadınlar günü
Bu gün 8 mart beynalxalq qadınlar günüdü. Qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bu gün dünyanın hər bir nöqtəsində qeyd olunur. Əlamətdar gün öz tarixi başlanğıcını 8 mart 1857-ci ildən götürür. Məhz bu ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil edir. 8 mart 1908-ci ildə isə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırış ilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə iştirak edən qadınların şuarı “Çörək və Gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.
1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.
“Marneuli” radiosu olaraq bütün xanımlarımızı bu gün münasibəti ilə təbrik edir, işlərində uğurlar arzu edirik.
“Marneeuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments