Marneuli Mədəniyyət Mərkəzində 8 mart tədbiri keçirildi

gonisdziba

Bu gün Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzi Şekspir, qadın və 8 mart adlı tədbir keçirir. Tədbirin təşkilatçısı Zurab Xaptani deyir ki, bu günkü gün ilə Marneuli xanımlarına gözəl bir gün hədiyyə etməyə çalışacaqlar.

“Mədəniyyət mərkəzi olaraq qərara aldıq ki, bu günü qaınlar üçün gözəlləşdirək və onlara bir gözəl gün hədiyyə edək. Fikirləşdik ki nə edə bilərik. Qərar verdik ki, Şekspirin sonetlərini hazırlayaq. Şekspirin sonetləri qadınlarla bağlı olur və onun üçün zaman anlayışı yoxdur. Hər zaman dəbdədir. Sonetlər vasitəsilə Şekspirin üç qəhrəmanını canlandıracağıq. Musiqili poeziya olacaq ki, bu da bir növ bizim üçün sınaqdır. Yeni ildə etdik, uğurlu alındı, yenə edəcəyik. Qadınlar gəlib əylənəcəklər və istəyirik ki, mMarneuli xanımlarına gözəl bir gün hədiyyə edək”.

Bu günkü tədbirin musiqi tərtibatını Marneulinin “Red Karpet” musiqi qrupu həyata keçirəcək. Qrupun üzvlərindən Ani Nozadze deyir ki, onlar Şekspirin müxtəlif sonetlərini səsləndirəcəklər.

“Bu günün musiqi tərtibatını bizim qrup edəcək. Şekspirin sonetlərindən parçalar səsləndiriləcək. Gəlsəniz peşiman olmayacaqsınız”.

8 marta həsr olunmuş tədbir Mədəniyyət Mərkəzində saat 16:00-da başlayacaq. Tədbir konsert proqramı ilə başa çatdı.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register