“Bu gün qadın və kişi hüquqları bərabər deyil, qadına yuxarıdan aşağı baxmamalıdırlar”

GENDERI

Bu gün, 8 mart tarixində Marneuli radiosu olaraq sakinlərin gender bərabərliyi ilə bağlı düşüncələrini öyrənmək üçün sorğu keçirdik. Əksəriyyət fikirləşir ki, bərabər hüquqa malik olmalıdırlar.

Netqazetinin məlumatına görə, martın 8-də qadın hüquqları üzrə fəallar bir neçə aksiya keçirirlər. Bu aksiyaların məqsədi ictimai həyatda iştirakının əhəmiyyətini vurğulamaq və onlara siyasi hüquqların verilməsi tələbidir.

Gürcüstanda bugünədək gender bərabərliyi məsələsi problem olaraq qalmaqdadır. Buna misal olaraq, qadınların siyasi həyatda iştirakını, qeyri-bərabər əmməkhaqqı, ailə və qadınlara qarşı zorakılıq, erkən evlilik, cinsi ayrı-seçkilik, reproduktiv və cinsi sağlamlığın əlçatanlığı və sair göstərmək olar.

Gender məsələləri üzrə yerli mütəxəssis Nona Samxaradze hesab edir ki, bu günün reallıqlarında qanun nöqteyi-nəzərindən qadınların vəziyyəti yaxşıdır. Bir çox qanunu yaxşı nailiyyət hesab etmək olar, lakin bütün bunların işləməsi lazımdır.

“8 martı qadınların mübarizəsi ilə əlaqələndirirəm. Mübarizə davam edir. Çox şey üçün mübarizə aparmalıyıq. Buna görə də həmrəyliyə ehtiyacımız var. Bir çox nailiyyətlərimiz var, misal üçün seçkilərdə iştirak hüququmuz var. Qanun nöqteyi-nəzərindən hər şey yaxşıdır. Bir çox qanunu nailiyyət hesab etmək olar. Lakin reallıqda isə bu qanunların yerinə yetirilməsi lazımdır. Misal üçün qanun çərçivəsində bütün sahələrdə eyni hüquqa sahibik. Lakin reallıqda vəziyyət pisdir. Qadın olaraq qərar qəbul edici vəzifələrdə təmsil olunmuruq. Fikirləşirəm ki, buna son qoymaq lazımdır və kvota sistemi tətbiq olunmalıdır”.

Onun dediklərinə görə bu gün də qadınların mübarizə aparacağı bir çox şey var və həmrəyliyə ehtiyac var.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register