77 yaşlı Zinət xanım ömrünün 60 ilini Marneuli bazarında ticarətlə keçirib
8 Mart beynalxalq qadınlar günündə Marneuli bazarı hərəkətli günlərindən birini yaşayır. Bazarın girişində əllərində gül buketi olan bəyləri görmək olardı. Bazara daxil olanda isə müxtəlif ədviyyatların iyi insana xoş təsir bağışlayır. Piştaxtaların arxasında isə qadınlar ticarətlə məşqul idilər. Onlar hər gün səhərdən axşama kimi bazarda işləyirlər. Belə xanımlardan biri Rüstəmova Ziynətdir. Onun dediyinə görə 77 yaşı var və 60 ildi bazarda ticarətlə məşquldu. Hər səhər saat 8-də işə gəlib axşam 6-da evə gedir. Ticarətdən isə məmnun olduğunu hər zaman müştərisi olduğundan danışdı.
Rustəmova 7-ci sinifə qədər məktəb oxuduğunu sonrada isə təhsilinə davam etmədiyini bildirdi. O, 18-yaşında ailə həyatı qurub, 5 övladının 15 nəvəsinin olduğunu, həyat yoldaşının isə 30 ildi vəfat etdiyini, onun üçün darıxdığını yanına getmək istədiyindən danışdı. Erkən evliliyə isə onun münasibəti yaxşı deyil. Baxmayaraq ki, o öz təhsilini bitirə bilməyib qadınlara təhsil almaqlarını və öz gəlirlərini özləri qazandıqdan sonra ailə qurmaqlarını məsləhət gördü. Ziynətin xəyalları isə onun övladları ilə bağlıdı o, övladlarını xöşbəxt görmək istədiyini, həyatda başqa arzusunun olmadığını yaşamalı olduğu həyatı artıq yaşadığını bildirdi. Yenidən həyata başlamaq isə istəmir.
O, qadınları bu gün münasibəti ilə təbrik etməyi də unutmadı.
“Marneuli” radiosu olaraq bizdə onu təbrik etdik.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments