Parlament üzvləri gender kvotasını alqışlayırlar lakin bu sözün qadınları əzdiyini düşünürlər

malchishki

Gender bərabərliyi son zamanlar aktual mövzulardan biridi. Bir çox Qeyri Hökümət Təşkilatları çalışırlar ki, parlamentdə gender kvotası qəbul olunsun. Gender kvotası Siyasi İnistutlarda – qanunverici və nümayəndə orqanlarında qadınların aktiv iştirakını təmin edir. Kvota ideyası qadınların siyasi təcrid edilməsinin qarşısını almaqdı. Bu gender bərabərliyinin yaradılmasının effektiv mexanizimidi. 2017-ci ildə  parlamentə qanunlahiyyə təqdim olunub, onun qəbulu nəticəsində hər dördüncü parlament üzvü digər cins nümayəndəsi olmalıdı. Marneuli Bələdiyyəsinin parlament nümayəndələrindən gender kvotası haqqında münasibətlərini öyrəndik. İlk sualımız belə idi.

Gender kvotasına münasibətiniz necədi?  

“Vahid Milli Hərakat” partiyasının üzvü dörd dəfə parlament nümayəndəsi olmuş Azər Süleymanovun cavabı:

 “21-ci əsrdəyik mən heç vaxt buna pis baxmamışam və kişilərlə qadınlar eyni hüquqa maikdirlər. Əlbəttdə ki, Parlament bu qərarı qəbul etməlidi və heç bir kvota olmamalıdı. Gender bərabərliyi Gürcüstanda artıq bir neçə il bundan öncə qəbul olunmalı idi nəinki indi , bu gecikmiş bir məsələdi. Əsas Parlamentdə bu gündəmə çıxmalıdı və müraciət də olunub o vaxtı. Bizim gözəl xanımlarımız  Parlamentdə 150 yerdən 75-dən artığını tələb edirlər. 21-ci əsrdi mənə elə gəlir ki, bunu qadına kişiyə bölmək düzgün deyil, ağıllı və professional insanlara bölmək lazımdı. Bizim gözəl xanımlarımızın arasında, gözəl professional işini bilən insanlar var. Qeyrətli analarımız bacılarımızdı və buna real baxıram, çoxda dəstək oluram”.

“Gürcü Arzusu” partiyasından proporsional parlament üzvü Mahir Dərziyevin sualımıza cavabı:

“ Gender bərabərliyi çox aktual mövzüdu, Gürcüstan siyasətində qadınların rolu fəaldı amma daha da çox görmək istəyərdik. Bu işə mən müsbət yanaşıram. Kvota məsələsi bir mənalı qarşılanmır bilirsiniz ki, Gürcüstan cəmiyyətində müxtəlif yanaşmalar var, müxtəlif mövqelər var. Şəxsən mənim münasibətim  müsbətdi, mən müsbət yanaşıram. Kvota bu ölkənin siyasi həyatında qadınların rolunun daha da fəallaşması, siyasi rəngarənglik baxımından müsbət tərəfləri var”.

“Gürcü Arzusu” partiyasından mojoritar parlament üzvü Ruslan Hacıyev isə suala belə cavab verdi:

“Əlbəttdə qadınlara kvota verilməlidi. Xanımlar tam hüquqlu insanlardı, gender bərabərliyi bizim də hörmətlə yanaşdığımız məsələlərdən biridi”.


Parlament üzvlərinə ikinci sualımız isə belə idi.

Sizcə kvotasız, təbii yolla qadınlar siyasətdə daha aktiv ola bilməzlərmi ?

“Vahid Milli Hərakat” partiyasının üzvü dörd dəfə parlament nümayəndəsi olmuş Azər Süleymanovun cavabı:

“Sözün düzü bu kvota qadınların özünü əzən bir sözdü. Nəyə görə, kiməsə kişilərə və yaxud qadınlara kvota olmalıdı. Artıq 21-ci əsrdə hər yerdə professionallar olmalıdı. Aslanın erkəyi dişisi olmaz. Mənə görə bu məsələdə qadınlarında günahı var ya az təşkilatda olmaqları, ya yetərincə təşkilatlanmamaqları və öz hüquqlarını tələb etməmələri. Artıq 21-ci əsrdi hər şey öz yerini tapır. Mən hər zaman sağ əlimi uzatmağa hazıram, onlarla bərabər bu işlərə baxmağa da hazıram və dəyirmi masada oturmağa da hazıram”.

“Gürcü Arzusu” partiyasından proporsional parlament üzvü Mahir Dərziyevin sualımıza cavabı:

Bu məqam cəmiyyətdə mübahisəlidi belə deyək də, öz təbii şərtlər ilə yetişər vaxtı gələndə, müxtəlif başqa məqamlarla amma çox təssüflər olsun ki, bu günləri təcrübələrimiz  göstərir ki, bu gözlədiyimiz şəkildə, təssəvür elədiyimiz şəkildə buna müəyyən vaxt lazım gələcək. Bu bir növ təbii stimul olardı. Birmənalı şəkildə kvotanın müsbət cəhədləri var, mənfi cəhədləridə var. Bunu deyənlərin də öz dəliləri var, arqumentləri var. Mən hesab edirəm ki, müsbət tərəfi daha çox olardı müəyyən kvotalarda tək Parlament də yox, ümümiyyətlə bunu tək Parlamentə şamil etmək olmaz, elə yerli ozünüidaretmədə müəyyən dövlət  orqanlarında da bunu istifadə etmək olar. Fürsətdən istifadə edərək onuda demək istəyirəm ki, məni bir məqam narahat edir məktəblər də qadınların sayının çox olmasına həmişə narahat olmuşam, yəni bu feminizasiya prosesi təssüf olsun ki, məktəbdə heç də yaxşı hal deyil. Məktəbdə kişi müəllimlərinin sayının da çox olmasını istəyirəm”.

“Gürcü Arzusu” partiyasından mojoritar parlament üzvü Ruslan Hacıyev isə suala belə cavab verdi:

“Mən düşünürəm ki, kvota demək düzgün olmazdı, ona görə ki, qadınlar tam hüquqlu, kişilərlə bərabər vətandaşdılar. Qadınların da , kişilərin də cəmiyyətdə təmsil olunması bərabər olmalıdı. Mən belə fikirləşirəm ki, ona kvota kimi yanaşmaq düzgün olmazdı”.


Sonuncu sualımız isə parlament üzvlərinə belə idi.

Sizcə qadınlar siyasətdə olmalıdılar?

“Vahid Milli Hərakat” partiyasının üzvü dörd dəfə parlament nümayəndəsi olmuş Azər Süleymanovun cavabı:

“Bu çox geridə qalmış bir fikirdi qadınlar evdə oturmalıdı, qadınlar uşaq böyütməlidi. Ən əsası əgər evdə valideynlərdən biri kişi savadsızdısa ailənin yarısı savadsızdı, əgər qadın savadsızdısa ailə bədbəxt olur. Mənə elə gəlir ki, qadınlar iş yerlərində də təmsil olunmalıdılar, qadınlar gözəl bir vəzifələrdə də çalışmalıdırlar. 21-ci əsrdə bu cox geri zəkalı fikirlərdi ki, ev xanımı olmalıdılar, evin işiylə məşqul olmalıdılar. Mən bunla hec razı deyiləm, mənim də həyat yoldaşım var qızım, anam, bacım var hamısı ali təhsilidilər. Çox istəyərdim ki, cəmiyyətin layiqli üzvü olsunlar”.

“Gürcü Arzusu” partiyasından proporsional parlament üzvü Mahir Dərziyevin sualımıza cavabı:

“Birmənalı şəkildə qadın siyasətdə olmalıdı. Qadının bugünkü cəmiyyət mövqeyi hec də məni qane etmir, ümumiyyətlə bu qlobal prosesdi, tək Gürcüstana aid deyil”.

“Gürcü Arzusu” partiyasından mojoritar parlament üzvü Ruslan Hacıyev isə suala belə cavab verdi:

“Əlbəttdə qadınların siyasətdə olması çox önəmlidi. Həm hümanizim baxımından, həm insanlıq baxımından. Siz bilirsiz ki, qadınlar hər bir məsələyə hümanizimlə yanaşırlar. Qadınların siyasətdə olmağı və aktiv iştirak etməyi çox önəmlidi, vacibdi”.

 

“Marneuli”  Radiosu 96.9 FM

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register