Türkiyədə 25 nəfər jurnalisti həbs ediblər

heps

Türkiyə məhkəməsi, hərbi çevriliş cəhdinə dair işin istintaqı çərçivəsində saxlanılmış 25 nəfər jurnalistə həbs cəzası verib. Bu haqda məlumatı Anadolu agentliyi yayıb.

Onların məlumatına görə, 11 jurnalistə 6 il üç ay, 12 jurnalistə isə yeddi il altı ay, qalan iki jurnalistə – Murad Aksoy və Atilla Taşa isə 25 və 37 il azadlıqdan məhrum edilmə cəzası verilib.

Türkiyə mediayasının məlumatına görə, jurnalistlər hökumətin ABŞ-da olan Fətullah Gülənlə bağlı əlaqələrinə görə bağladığı nəşriyyata çalışırlarmış.

Ankara Güləni 2016-cı ildə hərbi çevriliş planlaşdırmaqda ittiham edir. Çevriliş zamanı 205 nəfər həlak olub.

Çevrilişə cəhd işinə görə Türkiyədə 50 000 nəfərdən çox adam həbs olunub və 150 000 dən çoxu işdən azad olunub.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register