Zibillə dolu kəndlər – müvafiq xidmətlər tərəfindən suallar cavabsız qalıb

nagavsayreli

Marneuli Bələdiyyəsinin bir sıra kəndlərindən eyni zamanda şəhərin özündə hazırladığımız xəbələrdə önə çıxan problemlərdən biri məişət tulantıları problemidi. Məişət tunalantıları üçün qutuların olmaması anti-sanitar vəziyyət yaradır.

Marneuli şəhərindən 27 km uzaqda yerləşən  Qırxılı (Kirikhlo) kəndinə daxil olanda sizi ilk məişət tulantıları qarşılayır. Ən anti-sanitar vəziyyəti isə kənd məktəbinin ətrafında müşahidə etmək olar.

Aşağı Saral kəndində bu problem hec də Qırıxlı kəndindən fərqlənmir belə ki, kənddə zibil qutuları qoyulmayıb. Sakinlər isə məişət tulantılarını arxa yaxud dəmir yolunun kənarına atırlar.

Bələdiyyənin mərkəzi olan Marneulinin Sayat Nova küçəsindədə məişət tulantıları ilə bağlı vəziyyət heç də kəndlərdən fərqlənmir. Belə ki, tulantılar üçün qutuların olmamsına görə hər tərəfə səpələnmiş məişət tulantıları Qara arx adlanan su kanalının və ətrafın çirklənməsinə səbəb olur.

Məsələ ilə bağlı “Təmiz Marneuli “ MMC-nin rəhbəri Leri Mumladzenin fikrini öyrəndikdə isə o, hər dəfə ənənəvi cavabı bizə verirdi.  O məlumat verirdi ki, həmin əraziyə məişət tulantıları üçün qutuların qoyulması planlaşdırılır. Lakin dəqiq vaxtı ona məlum deyil. Onlar qutuların gəlməyini gözləyirlər.  Eyni zamanda o, bildirirdiki problemdən xəbərdardır.

Leri Mumladze eyni zamanda daha öncə bizə verdiyi şərhlərdə “Təmiz Marneuli “ MMC-nin büdcəsinin az olduğunu bildirirdi.

“Təmiz Marneuli “ MMC-nin büdcəsi az olduğundan bizi maraqlandıran əsas sual budu ki, qutular qoyuldudan sonra MMC-in büdcəsi o qutuların təmizlənməsinə kifayət edəcəkmi ? Yaxud qutular qoyulduqdan sonra belə məişət tulantılarının yaratdığı anti-sanitar vəziyyət eyni olaraq qalacaq.

Bu gün 9 Mart tarixində isə o bizə verdiyi şərhdə “Təmiz Marneuli “ MMC-nin büdcəsinin qutuların təmizlənməsinə kifayət edəcəyini bildirdi. Həmçinin o, artıq 200 qutunun sifariş edildiyini dedi. Bu zibil qutuları Şamuyan kəndindən Qırxılı kəndinə qədər olan kəndləri əhatə edəcək.

“Bu zibillik 2020-ci ilə tikilib hazırlanacaq. Bütün rayonda 100 faizlik xidmət göstərəcək. Ola bilsin beş bələdiyyəni Tetricğaro, Bolnisi, Tsalka, Dmanisi və Marneulini əhatə edəcək”.

Bu məsələ ilə bağlı xəbərlərimiz davam edəcək.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register