Aktivist Samira Bayramova şəhər merinə açıq məktub yazdı
Aktivist Samira Bayramova Marneuli şəhər merinə sosial şəbəkə vasitəsi ilə Marneuli-Sadaxlı magistralının kənarında olan köşklərin sökülməsi haqında açıq məktub ünvanlayıb.
” “Merimizə” açıq məktub
Ilk növbədə mer bəyə vətəndaşı necə qəbul etməli necə davranmalı olduğunu öyrətmək üçün etika və mədəniyyət kursları keçirilməlidir.
Vətəndaşa ” Sən mənə qarşı hörmətsizlik etmisən, mənə çevrilib salam vermədin” əgər salam verməmək mədəniyyətsizlikdirsə, onda bunu sizdə etmisiniz, biz şəhərimizi çirkin göstərən sizin şəkillərinizdən təmziləmə aksiyasında siz də gəlib bizə salam verməmişdiniz.
Yaxşı olar ki, bozarmış şəkilləri təmziləyəsiniz ilk öncə, əgər şəhərin gözəlliyi sizi bu qədər maraqlandırırsa.
Vətəndaş hər zaman dinlənilməlidir, çünki problemi olan vətəndaş onu yerinə yetirməli olan isə vəzifədə oturan şəxsdir.
Meri o vəzifəyə bu sıravi vətəndaşlar ona gətirməyib ki,onların evini başına uçura, qazanc mənbəyinə qənim kəsilə.
Mer olmaq şəhərə sahiblənmək deyil, vətəndaşa xidmət göstərməkdir, bu bizim merin illərdir Azərbaycanda çalışmağından və hərbi sahədən olmasından irəli gəlir.
Əgər hər hansı qanun qüvvəyə minirsə onun alternativi vardır cənab mer bəy.
Bir zəhmət çəkin saat 7 dən sonra şəhər piyada çıxın, qaranlıq küçələr və iki addımdan bir ayağınız kanalizasiya yamalarına düşəcək.
Arada otağınızdan eyvana çıxın və şəhərdə olan üfunət iyisini alın, bazarın iyisi bütün şəhəri bürüyüb, o bazara biz vətəndaşları iyrənib girə bilmirik, siz də onun sahibi parlament deputatı olan Tamaz bəydən çəkindiyinizdən bu məsələyə toxuna bilmirsiz.
Bu da yəqin bazarın biznes gəlirini artırmaq üçün yeni bir bəhanədir, sakinlər bazardan iyrəndikləri üçün orada məhsullarını sata bilmirlər, bu da bazarın gəlirini yəni deputatın gəlirini azaldır.
Şəhər gözəlləşməlidir bəli, amma bu şəhərdə yaşayan sakinlər də iş yerləri ilə təmin olunmalıdır, sizin maaşınız iki dəfə artırılıb deyə bu demək deyil ki, başqalarının da maliyyə problemi yoxdur. Gürcüstanın hər yerinə küçə ticarəti vardır, lap inkişaf etmiş Avropa və ABŞda da.
Sürücülükdən merin müavinliyi vəzifəsini tutan müavin əvəzinə normal təhsil alan və idarəçilik bacarığı olan birini yanınıza alsanız yaxşıdır, Bələdiyyənin sükanı yoxdur ki, ona sürücü lazım olsun, ora beyin lazımdır.
Sizin dövlətin hesabına maşınınız var amma sadə sakinlər yarım saat gözləməlidir ki, şəhərin bu başından o başına 2-3 km yolu gedə bilsinlər, baxımsız və nəzarət edilməyən transporta görə hər gün işə gecikirəm.
İlk növbədə şəhərdə normal dayanacaqlar olmalıdır və transport yalnız orada saxlamalıdır, rayonda Tiflisin köhnəlib dəmirə atıldığı ictimai nəqliyyatla gəzirik biz.
Milli Qida Agentliyi belə Koda və Kumisidə kəsilib satılan donuz ətinə cərimə yazmır, bu yalnışdır amma başqa alternativ irəli sürə bilmir deyə yaza bilmir “qanunla”
Əgər təmizlik vacibdirsə ilk öncə Bələdiyyədən başlayın, orada oturan və niyə oturduğunu bilməyən işçiləri təmizləyin, heyf bu gün yanımda deyil, sizin mənə göndərdiyiniz ictimai məktuba cavab məktubunuzu göstərərdim, gələn dəfə nümunə göndərəcəm məktubla bərabər ki, ictimai məktub necə təqdim olunur.
Siz vətəndaşın üstünə qışqıra qışqıra danışmaq üçün deyil, onu dinləmək və xidmət göstərmək üçünüsünüz!”.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments