Abazovun fikrincə küçədə ticarətlə məşğul olanların çörək pulu qazanmaq problemi yoxdur
Marneulinin meri Temur Abazovun sözlərinə görə, magistralda küçədə ticarətlə məşğul olan şəxslərin kustar üsulla montaj olunmuş köşkləri görünüşə xələl gətirir. Eyni zamanda ticarətçilər, turistlər və avtomobillər üçün də təhlükə yaradır.
“20-30 tikiliyə görə niyə bütün rayon çirkin görünməlidir?” deyir Abazov.
Abazovun sözlərinə görə, yeni ildə yolların yenilənməsi zamanı o, ticarətçilərə vaxt verib. Meriyanın əməkdaşları yalnız xəbərdarlıq ediblər çünki yeni ildə böyük miqdarda ərzaq əldə etmiş olacaqdılar.
Ticarətçilərə müəyyən edilmiş vaxt çərçivəsində imkan verilir ki, özləri tikilini uçursunlar və bazar ərazisinə keçsinlər. Abazovun dediyinə görə, onu belə qərar qəbul etməyə qanun məcbur edir.
Çörək pulu qazanmağa mane olmaq haqqında isə Abazovun sözlərinə görə 17 000 lari kredit götürdükləri halda burada çörək pulundan söhbət getmir. Bu gəlirə istiqamətlənmiş adi biznesdir.
Marneuli meriyasının qərarına əsasən, küçədə çalışan ticarətçilər özləri tikilini uçurmalıdırlar və qanun çərçivəsində biznes qurmalıdırlar. Ticarətçilər bu qərara etiraz edirlər.
Bu gün, 12 mart tarixində merlə görüşdə, Avropalı Gürcüstanın nümayəndəsi Əhməd İmamquliyev də iştirak edirdi. Onun fikrincə meriya ticarətçilərə alternativ sahə təklif etməlidir və ya altı ay müddət verməlidir.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments