Küçə ticarəti ilə məşğul olanlar borcla qurduqları biznesdən kənar qala bilərlər

satici1

Marneuli yollarında yol kənarı ticarət davam edir. Bu haqda Temur Abazovun rəsmi veb səhvəsində məlumat yayılıb. Bu video vasitəsi ilə mer elan edib ki,  bu kimi hallar birmənalı qadağan olunmalıdır. Çünki bu həm təhlükəlidir, həmdə ki, Marneulinin gorünüşünü çirkinləşdirir. Eləcədə o, artıq  bir həftədir ki, sahibkarlara xəbərdarlıq edildiyini bildirdi. Bu mövzunun müzakirəsi bugün meryada Temur Abazovla, həmin magistral yolun kənarında ticarətlə məşğul olan insanlar və “Aropalı Gürcüstan” partiyasının üzvü  Əhməd İmamquliyev arasında davam etdi. Onlar arasında görüş səs-küylü keçib. Müzakirə mövzusu isə bu idi ki, həmin insanlara 1 ay vaxt kifayət edəcəkmi?  Əhməd İmamquliyev iddia edirdi ki, bu vaxt insanlara kifayət etməyəcək ancaq mer fikrini dəyişmədi.

satici

Marneuli-Sadaxlı magistralında hərəkət edərkən, kustar üsulla hazırlanmış köşklərdə ticarətlə məşğul olan satıcıları görmək mümkündür. Magistral işlək olduğundan burda ticarətlə məşğul olmaq əlverişlidir.  Belə ki, burdakı satıcıların əsas müştəriləri  ölkələrinə qayıdan Ermənistan və Azərbaycan vətəndaşları, eyni zamanda magistrala yaxın yaşayan sakinlərdir. Bu köşklərdə yuyucu vasitələri, avtomobil mühərriki üçün yağlar və müxtəlif növ ərzaqlar satırlar.  Şəhər meryasından verilən məlumata görə bu köşklər magistralın ümümi görnüşunə xələl gətirdiyindən saibkarların öz hesabına müasir standartlara uyğun yenidən qurulmalı, yaxud da sökülməlidir.

satici2

Burda ticarətlə məşğul olan insanlardan biri 62 yaşlı Hacı Hacıyevdir. O, hər səhər ailəsini dolandırmaq üçün Böyük Muğanlı kəndindən 20 km məsafəni qət edərək işə gəlir, gecələr isə onu oğlu əvəz edir.  Onun dediyinə görə, 2 övladı, 5 nəvəsi var, həyat yoldaşı isə vəfat edib, ailənin gəlir mənbəyi isə yalnız odur. Hacı Hacıyev 8 il bundan öncə insult keçirib, xəstəlikdən sonra onun nitqində qüsur  əmələ gəlib. Ona merya əməkdaşları ayın sonuna qədər möhlət verib. O köşkü müasir standartlara uyğun yenidən qurmalı yaxud da getməlidir.

satici1

Magistral üzərində ticarətlə məşğul olan digər satıcılara da eyni xəbərdarlıq edilib. Həmin satıcıların dediyinə görə, vergilərini ödəyirlər.

Bugünkü gorüşdə alternativ variantlardan biri də bu idi ki, həmin ticarətlə məşğul olan insanlar bazara köçsünlər. Ancaq bunun hansı şərtlərdə  baş verəcəyi naməlumdu.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register