Səs-küylü görüşə baxmayaraq mer qərarını dəyişmədi
Bu gün, martın 12-də Marneuli Bələdiyyəsinin meri Temur Abazov Bələdiyyə binasında əhali ilə görüşüb. Görüşün məqsədi Marneuli-Sadaxlı magistralında yol kənarında ticarətlə məşğul olan insanların, ticarətlə məşğul olmasının qadağan olunması idi. Merlə görüşdə sakinlər merdən onlar üçün vaxtın uzadılmasını və alternativ yer göstərilməsini təklif etdilər.
Görüşdə “Avropalı Gürcüstan” partiyasının üzvü Əhməd İmamquliyevdə iştirak edirdi. İmamquliyev deyir ki, onlar merdən 6 ay müddətinə vaxt istədilər ki, onlar öz məhsularını sata bilsinlər.
Bələdiyyə merinin əhali ilə görüşü günorta saatlarına kimi davam etdi. Tədbir bitdikdən sonra Temur Abazov qərarını dəyişdirməyərək sahibkarlara bir ay müddətinə vaxt verdi.
“Mən yenidən öz mövqeyimdə qalıram. Mənim mövqeyim isə budur ki, insanlar qanun çərçivəsində yenidən qurulmuş köşklərdə, təhlükəszilikdə ticarətlə məşğul olsunlar”.
Temur Abazov ayrıca açıq şəkildə ticarət sahəsində fəaliyyət göstərən sahibkarlara alternativ bir yer olmadığını və Bələdiyyənin artıq bu mövzunu müzakirə etdiyini bildirdi.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments