Qardabaninin keçmiş icra başçısı 2 illik maaşını ehtiyacı olanlara köçürüb

Qardabaninin keçmiş icra başçısı Qoça Camarauli icra başçısı vəzifəsini 2017-ci ilin 11 noyabr ayına qədər tutub. İki il ərzində aldığı maaşın 100% – 64 016 lari dəyərində məbləği, – ümumilikdə xeyriyyəçiliyə sərf edib.
2016-cı ilin mart ayında Qoça Camarauli öz adına fond yaradıb və öz maaşını tamamən oraya köçürümüş. Fonddan Qardabani bələdiyyəsində yaşayan olduqca ehtiyaclı olan şəxslərə yardım götərilirmiş.
“Reginfo” yazır ki, Qoça Camarauli istehsalçılıq işləri həyata keçirir – 2010-cu ilin 1 avqustundan o, “Simon Xeçinaşvili adına universitet klinika” MMC-nin tərəfdaşlarından biri və kapitalın 60%-nin sahibidir. 2016-cı ildə o, istehsal işindən 900 000 lari, 2017-ci ildə isə 480 000 lari dəyərində gəlir götürüb.
Mənbə: Reginfo.ge
marneulifm1106 Posts
0 Comments