Əliyev Kvirikaşviliyə: Bizim dostluğumuz və qardaşlığımız uğurlu addımları daha da dərinləşdirir

xeber

Gürcüstanın Baş-naziri Giorgi Kvirikaşvili Azərbaycanda rəsmi səfərdədir. Səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Bu haqda məlumatı Gürcüstan hökuməti yayımlayır.

“Əminəm ki, sizin Azərbaycana səfəriniz hər iki ölkə arasında əlaqələrin inkişafına dəstək olacaq. Biz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirik. Sevinirəm ki, ticarət dövriyyəsi artır. Biz 2012-ci ildən bu mövqeyi qoruyub saxlayırıq. Əlbəttə, bizi qlobal əhəmiyyətli bir çox layihələr, həmçinin, oktyabrda təntənəli şəkildə açılışını etdiyimiz Bakı-Tbilisi-Qars layihəsi bağlayır. Cari ildə isə Cənubi Qaz Dəhlizi, TANAP layihəsinin həyata keçirilməsi bizim əməkdaşlığımızı daha da yüksək səviyyəyə qaldıracaq. Bizim əməkdaşlıq yalnız regional deyil, həmçinin qlobal səviyyədə də uğurla inkişaf edir və bu uğurlu addımları bizim dostluğumuz və qardaşlığımız daha da dərinləşdirir”, – bildirib İlham Əliyev Giorgi Kvirikaşvili ilə şəxsi görüşündə.

Giorgi Kvirikaşvili də öz tərəfindən qeyd edib ki, Azərbaycan Gürcüstan üçün xüsusi tərəfdaşdır.

“Keçən il ikitərəfli ticari-iqtisadi münasibətlərdə xüsusi artımla qeydə alındı. Azərbaycan Gürcüstanın birinci investisiya tərəfdaşıdır. Sizin xatırlatdığınız strateji layihələr – Bakı-Tbilisi-Qars layihəsi, Cənubi Qaz Dəhlizi layihəsi, sonradan transanterial boru kəməri ilə Avropaya bağlanır və iqtisadi və eləcə də coörafi strateji baxımdan böyük əhəmiyyət daşıyır. Siyasi, iqtisadi münasibətlər baxımından regional formatlar olduqca vacibdir. Qlobal formatlarda Gürcüstan həmişə Azərbaycanın mövqelərini dəstəkləyir və bu təbii ki,  bizim strateji tərəfdaşlığımızdan dolayı baş verir.” – bildirib Giorgi Kvirikaşvili.

Gürcüstanın Baş-naziri, rəsmi səfər çərçivəsində gürcü heyəti ilə birgə, milli lider Heydər Əliyevin xatirəsini yad edib və Azərbaycanın ilk respublika olaraq elan olunmasının 100 illik yubileyini təbrik edib.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register