Tiflis meriyası “Siti Park” kompaniyası ilə müqaviləni dayandırır

kaxa kaladze

Tiflis meriyası “Siti park” kompaniyası ilə müqaviləni dayandırır. Bu haqda Tiflis meri Kaxa Kaladze jurnalistlərə bildirib.

“Tiflis meriyası qərar qəbul edib ki, 2018-ci ilin 10 aprel tarixindən “Siti park” kompaniyası ilə müqaviləni dayandırsın,” – bildirib Kaladze.

Qeyd olunan qərara səbəb olaraq şəhərin meri kompaniya tərəfindən məsuliyyətsizlik və ictimai səlahiyyətdən uyğun olmayan şəkildə istifadəni vurğulayıb.

Kaxa Kaladzenin sözlərinə görə, aprelin 10-dan yeni park etmə sistemi yaradılacaq. “Siti park”ın funksiyalarını Tiflis nəqliyyat kompaniyası həyata keçirəcək.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register