“Saxlama təqaüdü” qanunlayihəsini sahə iqtisadiyyatı komitəsi dəstəkləməyib
Sahə iqtisadiyyatı və iqtisadi siyasi komitə iclasda ilk dinləmədə “Saxlama Təqaüdü Haqqında” qanunlayihəni dəstəkləməyib.
Qanunlayihə təqaüd sistemi islahatı nəzərdə tutur. Komitədə məruzəçi Maliyyə Nazirinin müavini Nikoloz Qaqua olub. Onun sözlərinə görə, saxlama təqaüdü sistemi vətəndaşa imkan yaradır ki, illər ərzində qənaət etsin.
Parlamentin məlumatına görə, məruzəçi komitənin üzvlərinin suallarına cavab verib. Suallar əsasən toplanmış məbləğin təhlükəsizliyi mexanizminə, pulun dəyərinə və mümkün inflyasiyanın təqaüd sisteminə təsiri ilə bağlı olub.
Parlamentin məlumatına görə, uzun müddətli müzakirədən sonra komitə məsələni hazır hesab etməyib və təqdim olunan layihəni dəstəkləməyib.
Mənbə: netgazeti.ge
Amil Məmmədov2286 Posts
0 Comments