35 000 kitab “Mədəniyyət mərkəzi”nin foyesində quruyur

Sosial şəbəkələrdə yenidən Marneuli Mədəniyyət Mərkəzinə yığılmış köhnə kitablar haqında müzakirə başlayıb. Öz şəxsi facebook səhvəsində bu haqda paylaşım edən “ Şəxsi İnkişaf Universiteti” QHT-sinin üzvü, tələbə və fəal gənc olan Elvir Hasanoğlu bizimlə söhbət zamanıda paylaşımdakı fikrini əsaslandırdı. Onun bildirdiyinə görə, 2007-ci ildə kitabxana sökülən zaman onlara söz vermişdilər ki, bu 32.000 kitab yeni tikiləcək kitabxanaya köçürüləcək.
Marneuli Mədəniyyət Mərkəzinin direktoru Nato Şavişvili köhnə kitabxanaya aid kitablar haqqında bizimlə söhbət etdi. Onun dediyinə görə, kitabları zirzəmiyə Mədəniyyət Mərkəzinin yaradılmasından əvvəl yığıblar.
“Illər ərzində zirzəmiyə yığılıb qalmışdı. Biz çıxardıq təbii ki, mütəxəssislərin tövsiyələrinə əsasən hal-hazırda kitabları quruduruq. Bu prooses bir-iki günlük iş deyil. Bunun üçün bir neçə ay lazımdır. Bundan sonra isə kitabları seçmək üçün mütəxəssislər dəvət ediləcək”.
Mədəniyyət Mərkəzinin direktorunun dediyinə görə, mütəxəssisləri aprel-may aylarında dəvət etməyi planlaşdırırlar. Bu vaxta qədər isə nəmlənmiş kitabları tamamilə qurudacaqlar. Quruyanadək onları yeni kitabxanaya köçürmək mümkün deyil, çünki yeni kitabları sıradan çıxarar.
Şavişivili onu da deyir ki, kitablar quruyandan sonra onlar iki meyara görə – kitabların nə dərəcədə salamat olması və məzmununa görə seçiləcək.
Belə ki, köhnə kitabxanada olan kitabların əksəriyyəti Sovet İttifaqı təbliğatı mövzusunda idi.
Sovet İttifaqı təbliğatı mövzusunda olan kitablardan başqa köhnə kitabxananın kitabları arasında kiril əlifbası ilə yazılmış Azərbaycan bədii əsərləri də var.
Əhalinin fikrincə kitabxananın onlar üçün dəyərli olan əsas hissəsini bu kitablar təşkil edirdi, çünki onlar yeni əlifba ilə hələ də nəşr olunmayıb.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments