Reqlamentlə nəzərdə tutulmuş təşəbbüsü bələdiyyə məclisinin sədri səsləndirib – Bələdiyyə məclisi ərazi vahidlərində iclaslar keçirməyi planlaşdırır

sakrebulo

Marneuli bələdiyyə məclisinin sədri Amiran Qiorqadze bazar ertəsi, mart ayının 12-də keçirilmiş görüşdə bildirib ki, Bələdiyyə Məclisi bələdiyyəyə daxil olan 18 inzibati ərazi vahdiliyində iclaslar keçirməyə başlayır. Marneuli Bələdiyyə Məclisi aparatının rəhbəri Nino Beridzenin dediyinə görə, qeyd olunan iclaslar bələdiyyə məclisinin əhalinin ehtiyacları barəsində məlumatlanmasına yardım edəcək.

“Burada problemlərdən, yerinə yetirilmiş infrastrukturdan söhbət gedəcək.İlin büdcəsində konkret ərazi vahidlərində nə nəzərdə tutulub bunlar müzakirə olunacaq və merin müvafiq xidmətlərinin nümayəndələri, ərazi vahidlərinin majoritarları da bunda iştirak edəcəklər”.

Bələdiyyə Məclisi aparatının rəhbəri həmçinin qeyd edir ki, bu iclaslarda sakinlərə konkret ərazi vahidliyində və ya bələdiyyədə hansı işlərin görüldüyü və hansı işlərin planlaşdırıldığı barədə bir növ hesabat verəcəklər. Nino Beridze onu da qeyd etdi ki, iclasların qrafiki üzərində işlər gedir və hazır olan kimi hansı ərazi vahdiliyində nə zaman keçiriləcəyini elan edəcəklər.

Marneuli bələdiyyə məclisinin reqlamentinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyə məclisinin məclis binasından kənarda keçirəcəyi iclaslar barəsində qərarı Bələdiyyə Məclisi sədrinin təşəbbüsü, Bələdiyyə Məclisi fraksiyasının təşəbbüsü və ya inzibati ərazi vahidliyində qeydiyyatda olan seçicilərin 1%-nin tələbinə əsasən Bələdiyyə Məclisi iclas zamanı və ya Bələdiyyə Məclisi bürosu növbəti iclasa qədər olan müddətdə qəbul edir.

“Marneuli” radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register