Yol baryerlərinin yoxa çıxması haqqında Nəqliyyat Yol Departamentindən məsələni araşdıracaqlarını bildirdilər

yol bardior

7 fevral tarixində “Marneuli” Radiosunu efrində xəbər vermişdik ki, Tsereteli-Mirzoevka-Böyük Muğanlı-Kosalı magistral yolun yenidən qurulmasından sonra  yol boyu, yol nişanları və su kanlının keçdiyi ərazilərdə isə qoruyucu baryerlər qurlaşdırılmışdı. 2017-ci ildə isə həmin qoruyucu baryerlər və dirəklər sökülərək oğurlanıb. Hadisə yolun 5 və 6 km-liyində kəndlərin əkin sahəsinin suvarılması üçün su kanalı keçən ərazidə qeydə alınmışdır. Məhz bu magistral yol Marneuli ilə yeddi kəndi birləşdirən yeganə əsas yoldu.

yol bardior 1

Həmin vaxt biz məsələyə aydınlıq gətirmək üçün Nəqliyyat Yol Departamentinə məlumat verdik. İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi məlumatı yerli nəzarət xidmətinə çatdırdı. Əgər nəzarət xidməti məlumatı təsdiqləsə, patrul xidmətinə məlumat veriləcək, departament isə bərpa işlərinə yaxın gələcəkdə başlayacaq.

14 mart tarixində baryerlərin hələ də düzəlmədiyini müşahidə etdik.

Xatırladaq ki, həmin yol 2015-ci ildə yenidən qurularaq əhalinin istifadəsinə verilmişdir. Magistral yolun yenidən qurulmasına 2015-ci ildə dövlət büdcəsindən 7 milyon 750 min lari ayrılıb.

Qeyd olunan məsələ ilə bağlı biz yenidən yol departamentinin nəzarət xidməti ilə əlaqə saxladıq. Onlar isə işi araşdırmağı və sonra bizimlə əlaqə saxlayacaqlarına vəd verdilər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register