“Quramişvili” metrostansiyası aprelin sonunda açılacaq
Tiflisdə, martın 15-də açılması gözlənilən “Quramişvili” metrostansiyası aprelin sonunda açılacaq.
Tiflis Nəqliyyat Şirkətinin məlumatına görə, açılış tarixi əlavə ekspertizanın keçirilməsi səbəbi ilə təxirə salındı və metrostansiyada aparılan təmir işləri dayandırılmışdı.
Cari ilin yanvarın 30-da “Varketili” metrosunda tavanın uçmasından sonra, Tiflis meriyasının və nəqliyyat şirkətinin qərarı ilə, Levan Samxarauli adına milli ekspertiza bürosu, sərnişinlərin təhlükəsizliyi məqsədi ilə, bütün metrostansiyaları yoxlayır.
Tiflis Nəqliyyat Şirkəti yaranan narahatçılığa görə, sərnişinlərdən üzr istəyir.
Mənbə: 1tv.ge
Amil Məmmədov2286 Posts
0 Comments