Marneuli küçələrində xarici dildə və səhv yazılmış yazılar
Marneulinin mərkəzi küçəsində müxtəlif müəssisələr çoxdur -texnika və məişət əşyaları mağazası, gözəllik salonları, qida obyektləri.
Onların hamısına müştəriləri cəlb etmək üçün müxtəlif yazılar vurulub.
Ancaq elə hallar da var ki, bu yazılara gürcü dilində rast gəlmirik və ya rast gəlirik ancaq qeyri düzgün şəkildə yazılmış olur.
Nümunə üçün götürsək mərkəzi Rustaveli küçəsində texnika mağazası yerləşir və yazıda gürcü dilində “galaksi” əvəzinə “galaxsi” yazılıb.
Belə hallar Marneuli küçələrində çoxdur.
Marneuli Bələdiyyəsinin məclisi 12 mart tarixində keçirilən işgüzar görüşdə yazılar və küçə reklamları haqqında müzakirə aparıblar.
Marneuli bələdiyyəsinin Bələdiyyə məclisi aparatının rəhbəri Nino Beridzenin bəyənatına görə, bu mövzuda işgüzar görüş gələn bazar ertəsi günü də baş tutacaq.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments