96.04% yerinə yetirilmiş öhdəliklər – 2017-ci ilin büdcəsinin yerinə yetirilməsinin hesabatı
Bu gün Marneuli meriyasında bələdiyyə məclisinin birləşmiş komissiyalarının iclası baş tutub. İclasda meriyasının Maliyyə-Büdcə xidmətinin rəhbəri Vüqar Məmmədov 2017-ci ilin büdcəsini yekunlaşdırıb.
“Büdcədə gəlirlər planı ilə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi 96% baş verdi və əlbəttə ki, 100% olsa daha yaxşı olardı. Ancaq əsas olan odur ki, büdcə məcəlləsinə əsasən 90% maneəni aşmalı idik. Hərrac qaydası ilə 448 000 lari nəzərdə tutmaqla böyük zərbə aldıq, faktiki olaraq onun yarısı heç tamamlanmadı. Gəlir vergisində və kənd təsərrüfatı torpaqlarında çatışmamazlığımız var idi. 2016-cı illə müqayisədə 2017-ci ildə 500 000-dən çox vergi gəlirləri daxil olub. Məqsədli transfer 5 253 700 idi”, – deyir Vüqar Məmmədov.
Onun sözlərinə görə, 2017-ci ildə infrastruktur layihələri üçün büdcədən 12 023 000 lari sərf olunub.
Su sistemlərinin reabilitasiyasına 1152300 lari ayrılıb.
Kanalizasiya sisteminin təzmiləmə işlərinə 11 800 lari
Çoxmərtəbəli binaların qurulması üçün 26 000 lari
bayır işıqlandırılması üçün 1 024 500 lari sərf olunub.
“Təmiz Marneuli” üçün milyon 26 000 lari ayrılıb.
Marneulinin orqanik tullantılar müəssisəsi subsidiyalar şəklində 90 000 lari əldə edib.
İtlərin sığınacağa yerləşdirilməsi üçün 11 590 lari ayrılıb,
Marneuli bələdiyyəsinin avtoparkı şəhərin firvanalaşdırılması üçün 470 000 lari subsidiya əldə edib,
49076 lari meydançaların və 86500 lari parkların qurulmasına, 2 653 000 lari təhsil sahəsinə sərf olunub. (Bu məbləğdən 99% məktəbəqədər tədris üçün)
İdman, mədəni-dini sahə üçün 2125000 lari, ictimai səhiyyə mərkəzi üçün 139 000 lari, sosial yardımlar üçün isə Marneuli bələdiyyəsinin büdcəsindən milyon on beş min lariyə qədər məbləğ xərclənib.
Görüşdə bələdiyyədə yaradılmış fraksiyaların nümayəndələri və eləcə də bələdiyyə məclisinin sədri, merin birinci müavini iştirak edirdi.
“Marneuli” Radiosu
marneulifm1106 Posts
0 Comments