15 mart tarixində elektrik enerjisi məhdudlaşdırılacaq
Şəbəkənin planlı bərpa işlərinə görə, 15 mart tarixində saat 10:35-dən 18:00-a kimi Marneuli bələdiyyəsinin kəndlərində Dəmiyə, Zopi, Sadaxlı, Gorarxı, Şulaver və ətraf kəndlərdə 1547 abonentin elektrik enerjisi olmayacaq.
10:35-dən 18:00 kimi Lejbadini, Birinci Kosalı, İkinci Kosalı, Alget, Böyük Müğanlı Kürtlər və ətraf kəndlərdə 1113 abonentə elektrik enerjisinin verilməsi dayandırılacaq.
Saat 12:00-dan 14:00-a kimi Birinci Kosalı, Kirəc Muğanlı, Kürtlər, Xancığazlı və ətrafdakı ərazidə 35 abonentdə elektrik enerjisinin verilməsində məhdudiyyətlər olacaq.
13:00-dan 18:00-a kimi isə Qaçağan, Ağməmədli, Araflı, Ayalguda qəsəbəsi və ətraf kəndləri olan 2941 abonentə elektrik enerjisinin verilməsi müvəqqəti olaraq dayandırılacaq.
Bərpa işləri başa çatan kimi elektrik enerjisi həmişəki rejimdə olacaq.
Mənbə: tvkvemokartli.ge
Amil Məmmədov2286 Posts
0 Comments