Marneulidə Kanada brendinin “ağıllı kameraları” montaj olunacaq

wkviani videokamera

Marneuli üçün 85 “ağıllı kamera” alınıb, amma onların montajı nə zaman ediləcək bu haqda Marneuli maliyyə-büdcə xidmətinin rəhbərinin dəqiq məlumatı yoxdur. Ancaq 14 mart tarixində bələdiyyənin birləşmiş komissiyalarının iclasında vurğulandı ki, kameralar Kanada brendidir.

“Marneuli üçün ağıllı kameralar Gürücstanın Daxili İşlər nazirliyində saxlanılır. Nə zaman montaj olunacağı haqda isə dəqiq məlumat bilmirəm, ola bilsin mayın başlanğıcında oldu. Bu Daxili İşlər nazirliyinə bağlıdır, amma qeyd olunmalı faktdır ki, kameralar kanada brendidir, nə çin nə də irandan alınmayıb” – deyir Vüqar Məmmədov.

Onun sözlərinə görə, patrul cərimələrinin 60% yerli büdcəyə, ancaq 40% isə dövlət büdcəsinə daxil olacaq.
Ağıllı kameralar 2017-ci ilin 1 noyabrından 1 dekabr tarixinə qədər Gürcüstan miqyasında, 31 377 pozuntu qeydə alıblar. İPN göstəriciləri Gürcüstanın Daxili İşlər nazirliyindən əldə edib. 31377 cərimədən 13 581 artıq ödənib.

Onlardan 8 625 cərimə halında sürücülər 205-lik güzəştdən istifadə ediblər və cərimə 10 gün müddətində ödənib. Gürcüstan miqyasında montaj edilmiş ağıllı kameralardan biri Şida Kartlidə, konkret olaraq Qoridə yerləşən kamera, ən çox, 5698 qayda pozuntusu qeydə alıb. Sürücülər qeyd olunan hissədə sürəti aşıblar. DİN-in göstəricilərinə görə, noyabrda, Acarıstanda olan 9 kamera ilə ümumilikdə 1275 pozuntu qeydə alınıb. Şida Kartlidə olan 3 kamera ilə 6441 cərimə yazılıb. İmeretidə olan 14 kamera 5 288 pozuntu qeydə alıb. Kaxetidə bir kamera və 4 cərimə yazılıb.

Mtsxeta-Mtianetidə olan 1 kamera ilə 62 pozuntu qeydə alınıb. Tbilisidə montaj edilmiş 33 kamera isə 18 307 cərimə yazıb. Ağıllı kameralar 2017-ci ilin bir noyabrından qüvvəyə minib.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register