Sereteli parkı üçün elan olunmuş tenderdə yalnız bir şirkət iştirak edib

tender

Marneuli Bələdiyyəsinin özünüidarəetməsi 2018-ci ilin 20 fevral tarixində Marneuli bələdiyyəsinin Sereteli kəndində olan park ərazisinin yenidənqurması üçün tender elan edib. “Doqquz aprel memorialı”nın layihəsi bələdiyyədə Polşalı tərəfdaşlarla birgə hələ 2017-ci ildən işlənilib. 2017-ci ilin avqust ayında isə o vaxtkı icra başçısı vəzifəsini yerinə yetirən Zaur Tabatadze Radio Marneuliyə bildirmişdi ki, tender yaxın gələcəkdə elan olunacaqdı. Tabatadzenin həmin bəyənatından sonra 7 ay keçib.

Sereteli parkının yenidənqurması üçün elan olunan tender dünən, 14 mart tarixində başa çatıb. Onun təxmini satış dəyəri 171 232 lari idi.

Tenderdə yalnız bir şirkət “Tao-M” iştirak edib. Onların təklifi isə 165 498 laridir.

Tenderə əsasən Seretelinin parkının layihə sahəsi iki, tarixi və gündəlik müasir ölçüdə bölünməlidir.

Tenderdə qalib gələn şirkətə hər iki zonanın yenidənqurulması öhdəliyi qoyulacaq.

Birinci zonada 9 aprel memorialının bərpa işi həyata keçiriləcək. Mövcud asfalt qatının əvəzinə daş qatı olacaq və mövcud işıqlandırma dizaynının yenilənməsi-dəyişdirilməsi nəzərdə tutulub. Layihə, həmçinin, layihə ərazisinin hasarının yenilənməsini və yenidən təmir olunmasını da nəzərdə tutur.

İkinci zona bir neçə hissəyə bölünüb. Tenderdə qalib gələn şirkət isə burada mərkəzi giriş, hovuz sahəsi, çiçəklərin qazonu və içməli su fantanı, idman aktivliklərinin sahəsini, uşaq atraksiyonlarının rəngli döşəmə ilə sahəsini, böyüklərin əyləncəsi üçün müvafiq mebellə sahə qurmalıdır və yeni ağaclarla, uşaqların dincəlməsi üçün dekorativ sahə, lazımi inventarın saxlanılması üçün kiçik tikili, rəflər və kiçik hasarla proektor, səhnə yerləşəcək və tribuna, tamaçıların təmin olunması üçün sahə qurmalıdır.

“Marneuli” Radio

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register