250 əlil arabasını benefisiarlara verəcəklər

cv

Gürcüstan Müsəlmanları İdarəsisinin, Dini Məsələlər üzrə Dövlət Agentliyinin və Türkiyənin Gürcüstandakı Səfirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə 14 mart tarixindən başlayaraq 250 əlilliyi olan vətəndaşlara əlil arabasının verilməsi planlaşdırılır. Ümumilikdə 40 ədəd azyaşlılar üçün, 200 ədəd böyüklər üçün və 10 ədəd isə elektron variant olmaqla əlil arabalarının ayın sonuna qədər təqdim olunması nəzərdə tutulubdur.

Gürcüstan Müsəlmanları İdarəsinə müraciət edənlərdən 70 nəfərə artıq 14 mart tarixində əlil arabası təqdim olunub. Xeyriyyə aksiyasında Gürcüstan Müsəlmanları İdarəsisinin şeyx və müftiləri, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri, Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri və Dövlət Trefikinq Fondunun nümayəndələri iştirak edib.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov radiomuza bildirdi ki, yaxın günlərdə əlil arabaları onlara müraciət edən vətəndaşlara paylanılacaq.

“Xeyriyyə aksiyası davam edir. İl ərzində müraciət edən olsa, onlar üçün də lazımi yardım göstəriləcək”. Bu sözləri isə Gürcüstan Müsəlmanlar İdarəsinin Mətbuat katibi Oktay İsayev dedi.

Qeyd edək ki, ötən illərdə də Gürcüstan Müsəlmanları İdarəsi onlarla əlil arabası alıb əlilliyi olan vətəndaşlara təqdim etmişdir. Bu xeyriyyə proqramının gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register